Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Özəl şirkətlərin ixrac gəlirləri açıqlandı – FOTO

150 Baxış

2021-ci ilin yanvar-aprel aylarında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayında məlumat verilib.

Qeyri-neft sektoru üzrə qeyd edilən özəl subyektlər ixrac həcmindən ölkəyə 169,3 milyon dollarlıq gəlir gətirib.

Siyahıya 51,9 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 23 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi gəlir.

Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “P-Aqro” (21,6 milyon dollar), “Sun Food” (14,3 milyon dollar), “Baku Steel Company”dir (14 milyon dollar).

Digər şirkətlərin ixrac həcmindən əldə etdikləri gəlir ilə infoqrafikadan tanış ola bilərsiniz:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678