Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BTC ilə dünya bazarlarına nəql edilən Azərbaycan neftinin həcmi məlum oldu

131 Baxış

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2021-ci ilin əvvəlindən may ayına qədər 84 milyon barelə yaxın neft nəql edib.

Oxu.Az-ın “BOTAS International Limited”in rəsmi internet səhifəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin əvvəlindən may ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 116 tankerə yüklənib.

Təkcə may ayı ərzində isə BTC ilə 17,1 milyon barelə yaxın neft nəql edilib və 24 tankerə yüklənərək dünya neft bazarlarına yola salınıb.

BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 655 milyon barel neft nəql edilib. Bu neftin daşınmasında 4 775 tankerdən istifadə edilib.

Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678