Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“PayPal” Azərbaycanda tam fəaliyyətə başlayacaq

143 Baxış

“PayPal”ın rəsmi olaraq Azərbaycanda tam şəkildə işə başlaması üzərində işlər görülür.

Oxu.Az-ın məlumatına görə, bunu “Azexport.az” portalının rəhbəri Ayxan Qadaşov deyib.

O bildirib ki, “PayPal” hazırda kiçik həcmdə aparılan elektron ticarətin əsasını təşkil edir:

“Əksər hallarda ödəniş vasitəsi kimi “PayPal”dan istifadə edilir. Azərbaycanda “PayPal”ın istifadəsi qismən təmin olunub. Hazırda “PayPal”ın Azərbaycanda tam olaraq funksional işə başlaması üçün müvafiq qanunvericilik və qaydalar təsdiq edilməlidir”.

“Azexport.az”un rəhbəri qeyd edib ki, “PayPal”ın Azərbaycanda tam işləməsi üçün hazırda Mərkəzi Bankla birgə işlər görülür. O əlavə edib ki, pandemiya səbəbindən səfərlərin təşkil edilə bilməməsi bunun yubanmasına səbəb olur. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678