Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mərkəzi Bankın icraçı direktoru: “Təmassız ödənişlərin tətbiqi sürətlənəcək”

136 Baxış

“Azərbaycanda Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində dəmir yollarında yeni pilot təşəbbüs istifadəyə veririk”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov deyib.

O bildirib ki, dövlət proqramı çərçivəsində biz ödənişlərin nəhəng dərəcədə artmasına nail olmuşuq:

“Ödəniş kartlarının sayı 44 faiz yüksələrək 10,1 milyona, təmassız kartların sayı 5,5 dəfə artaraq 4,6 milyona çatıb. Tam əminliklə deyə bilərik ki, bazarda təmassız kart sayının dinamik artımı dəmir yollarında da təmassız ödənişlərin cəld və səmərəli tədbiqini sürətləndirəcək”

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678