Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ƏƏSMN ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi əməkdaşlığa başlayır

114 Baxış

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) fəaliyyət sahələri üzrə əməkdaşlıq həyata keçirəcəklər.

Bu məqsədlə qurum rəhbərləri Elşən Əsədov və Xalid  Taimur  Akram tərəfindən niyyət protokolu imzalanıb. 

Tərəflər əmək bazarının tədqiqi, məşğulluq və sosial müdafiə məsələləri üzrə qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcək, birgə seminar və konfranslar təşkil edəcək,  qarşılıqlı maraq  doğuran sahələrdə əməkdaşlıq edəcəklər. 

2016-cü ildə təsis edilən CGSS təhlil və araşdırma yolu ilə siyasət və qərarların qəbul edilməsi prosesinə yardım edir.  “Bir kəmər, bir yol” təşəbbüsü” üzərində işləyən Mərkəz  geostrateji məsələlər, regional əməkdaşlıq, milli təhlükəsizlik strategiyası, beynəlxalq münasibətlər, milli və qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, qida təhlükəsizliyi, terrorizmlə mübarizə və s. məsələləri araşdırır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678