Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Binaların zəlzələyə davamlılığı yenidən yoxlanılacaq?

49 Baxış

“Bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır”.

Turanmedia.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

O, Türkiyədə baş verən zəlzələnin Azərbaycan xalqını və dövlətini də sarsıtdığını xatırladıb: “Baş verən zərərlərin aradan qaldırılması üçün Azərbaycan da əlindən gələni etdi. Bu hadisələr bizim alimləri yenidən düşünməyə sövq etdi. Yəni alimlər binaların və tikintinin keyfiyyətinin artırılmasını düşünməlidir. Bəzən nəzəriyyədəkilər praktikada özünü doğrultmur. Görünür nəzəriyyələrə yenidən baxılmalı, yeni standartlar ortaya qoyulmalıdır. Həmçinin bu vaxta qədər tikilən binaların zəlzələyədavamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır”./Report

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678