Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AYİB Azərbaycana üç milyard avrodan çox investisiya yatırıb – FOTO

130 Baxış

Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu İllik Toplantısı başlayır.

Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək:

“Ölkəmiz AYİB ilə uğurlu əməkdaşlıq edir. Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə üç milyard avrodan çox investisiya yatırılıb.

Toplantı ərəfəsində AYİB-in birinci vitse-prezidenti cənab Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678