Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət İnformasiya Agentliyi 4,3 milyon manatlıq müqavilə bağlayıb

158 Baxış

Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) 4,3 milyon manat həcmində satınalma edib.

Oxu.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, agentlik elan etdiyi altı açıq tender üzrə nəticələri açıqlayıb.

Belə ki, dəyəri ən yüksək həcmdə müəyyənləşən tender üzrə müqavilə “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC ilə bağlanıb və həcmi 3 milyon 383 min 932 manat olub. Müqavilənin şərtlərinə əsasən, agentliyin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 70 ünvanındakı yeni inzibati binası üçün texniki avadanlıqların təmin edilməsi şirkətə həvalə olunub.

Eləcə də, “Picasso Group” MMC ilə 299,2 min manatlıq, həmçinin, “Azureland Plus” MMC ilə 479,1 min manatlıq müqavilə imzalanıb.

Digər tələb olunan məhsul və xidmətlər üzrə xərclərə Agentlik 141,8 min manat ayıracaq.

Yekun məbləğ olaraq altı tender üzrə təmin ediləcək satınalmalara 4 milyon 304 min 313 manat sərf olunacaq.  

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678