Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Şahdəniz” yatağına çəkilən xərclər dəfələrlə azalıb

132 Baxış

2021-ci ilin birinci yarısında “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə təxminən 1 milyard 140 milyon dollar əməliyyat xərcləri və 366 milyon dollardan çox əsaslı xərclər çəkilib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, 2020-ci ilin birinci yarısının göstəriciləri ilə müqayisədə əməliyyat xərcləri 2,8 dəfə, əsaslı xərclər isə 19 faiz azalıb.

Bildirilib ki, xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub. 

Altı ayda yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz (iliik müqayisədə 6,4 faiz çox), təqribən 1,9 milyon ton və ya 15,1 milyon barel (illik müqayisədə 300 min barel az) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

“Şahdəniz”də BP (operator 28,8 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzŞD (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz) iştirak payına sahibdir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678