Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın “Kompleks qazma işləri” tresti yeni satınalma müsabiqələri elan edib – SİYAHI

134 Baxış

SOCAR-ın “Kompleks qazma işləri” tresti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və SOCAR-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılıb.

Yarandığı tarixdən etibarən “Kompleks qazma işləri” tresti respublikamızın dəniz və quru sahələrində müxtəlif geoloji xarakterli yataqlarda maili istiqamətləndirilmiş və horizontal neft və qaz quyularının qazılmasını həyata keçirməkdədir.

Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə “Kompleks qazma işləri” tresti SOCAR-nin strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə (“Neftqazelmitədqiqatlayihə” İnstitutu , İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir.

“Kompleks qazma işləri” tresti qazma plan-qrafikinə müvafiq olaraq hazırda qazılmaqda olan, eləcə də gələcəkdə qazılması nəzərdə tutulan neft və qaz quyularında bütün proseslərin müasir standartların tələblərinə uyğun, yüksək keyfiyyət və qabaqcıl texnologiyalara əsaslanaraq həyata keçirilməsi üçün lazım olan mal-material,avadanlıqların və xidmətlərin satın alınması məqsədilə mütəmadi olaraq satınalma əməliyyatları təşkil edir. 

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunlarına və SOCAR-ın Satınalmaların təşkili və idarəolunması üzrə normativ sənədlərinin müəyyən etdiyi qaydalara uyğun olaraq, eyni zamanda rəqabətliliyin artırılması və səmərəli dəyərin əldə edilməsinə nail olmaq üçün əksər satınalma prosedurları “açıq müsabiqə” üsulunu tətbiq etməklə həyata keçirilir.

Bəzi satınalma əməliyyatları haqqında aşağıda daha ətraflı məlumat əldə etmək olar:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks qazma işləri” tresti qazma və ağır qazma borularının DS1 CAT 5 standartına uyğun inspeksiya olunması xidmətinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26014-21RA) elan edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678