Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşıq və qazın yeni qiymətləri… – Tarif Şurasının qərarı bu gündən QÜVVƏYƏ MİNDİ

111 Baxış
Azərbaycanda Tarif Şurasının qərarı ilə işıq və qazın yeni qiymətləri bu gündən qüvvəyə minib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu gündən elektrikin qiyməti istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.

Bu günə kimi əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edirdi.
1 noyabr 2021-ci il tarixindən qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Daha əvvəlki qərrala isə istehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678