Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Şəxs cibdən-cibə işləyirsə və müqavilə yoxdursa, onda hər şey etmək mümkündür”

96 Baxış

Azəraycanda işçilərin və işəgötürənlərin hüquqları Əmək qanunvericiliyi ilə qorunur. Lakin bəzən bu hüquqların pozulduğuna da şahidlik edirik. Hətta işçilərin məzuniyyət hüququndan məhrum edilməsi və ya məzuniyyət pulunun verilməməsi kimi hallar da yaşanır.

Bəs bu kimi halların baş verməməsi üçün hansı addımlar atılmalıdır?

Turanmedia.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, əmək məzuniyyəti ən azı 21 gün olmaqla ödənişli məzuniyyət sayılır: “İşçi bu məzuniyyətə çıxdıqda orta aylıq əmək haqqı hesablanmaqla məzuniyyət pulu ödənilir. Ödənişsiz məzuniyyət isə işçinin təşəbbüsü ilə olur. Bəzən də istehsalatda, yaxud biznes subyektində hər hansısa problem yaranırsa, bu zaman işəgötürən işçini ixtisara salmaya və ödənişsiz məzuniyyətə göndərə bilər. Buna bəzən məcburi məzuniyyət deyirlər. Belə halda işəgötürən işçini (müavinətini ödəmək şərti ilə) ixtisar edə, yaxud iş yerini saxlamaqla ödənişsiz məzuniyyətə göndərə bilər. Amma bu da müddətli olmalıdır. Lakin praktikada bunun illərlə davam etdiyinin şahidi oluruq. Digər tərəfdən əgər işəgötürən işçini ödənişsiz məzuniyyətə göndərirsə, bu zaman müəssisənin ona olan borcunu mütləq ödənməlidir”.

Sahib Məmmədov səhhəti barədə açıqlama yaydı

Sahib Məmmədov əlavə edib ki, şəxs əmək müqaviləsi ilə işləyirsə, bu zaman mütləq məzuniyyət pulu ödənməlidir: “Əgər vətəndaşın əmək müqaviləsi varsa, elektron informasiya sistemində qeydiyyatdan keçibsə, onda məzuniyyət pulunun verilməməsi kimi bir halın yaşanması mümkün deyil. Əgər özəl sektordusa, onda sosial və tibbi sığorta, eləcə də işsizlik sığortası üzrə ödənişlər həyata keçirilməlidir. Yəni bunlar olmalıdır. Heç bir müəssisə bu qanunlardan yayına bilməz. Amma vətəndaş cibdən-cibə işləyirsə və heç bir müqavilə yoxdursa, bu halda hər şey etmək mümkündür”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678