“Mersedes” 38 mindən çox avtomobili geri çağırdı

83 Baxış

“Mersedes-Benz” avtomobil konserninin Rusiyadakı nümayəndəliyi ölkədə 38 mindən çox avtomobili geri çağırıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, qərar əyləclərin vakuum gücləndiricilərinin iş qabiliyyətinin mümkün pozulması ilə bağlıdır.

Qeyd olunub ki, geri çağırılma 2004-2014-cü illərdə satılmış GL, ML, R-Class tipli avtomobillərə aiddir.