Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin bu ölkələri hədələdi: Qısa müddətdə qərar olacaq

76 Baxış

Rusiya Qərb ölkələrinin qiymət tavanı tətbiq etmək qərarına cavab tədbirlərindən biri kimi neft hasilatını azaltmağı nəzərdən keçirir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

“Reaksiyamıza gəlincə, mən artıq dedim: biz sadəcə olaraq belə qərarlar verən ölkələrə satmayacağıq. Mən indi demirəm ki, bu, qərardır, lazım gələrsə, hasilatın azaldılmasının mümkünlüyü barədə düşünəcəyik. Bizim OPEK+ ilə məlum hasilat hədəfi ilə bağlı razılaşmamız var. Lazım gələrsə, əlavə nələrsə düşünəcəyik. Mən Rusiyanı nəzərdə tuturam”, – Putin bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda cavab variantlarını nəzərdən keçirir, cavabın yekun variantı yaxın vaxtlarda prezidentin fərmanında təsbit olunacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678