Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər – FOTO/VİDEO

177 Baxış

ABŞ-ın Florida ştatında məhbuslar avtomobil yarmaq vərdişlərindən istifadə edərək  maşında bağlı qalan uşağı xilas ediblər.

Bu barədə “Unilad” xəbər yayıb.

Bildirilir ki, floridalı kişi təsadüfən bir yaşlı qızını maşının içində qoyub. O, ətrafdakılardan yardım istəyib. Avtomobilin ətrafına çoxlu insanlar toplaşıb.

Həmin vaxt bir qrup məhbus yolun təmiri ilə məşğul idilər. Səs-küy onların da diqqətini cəlb edir. Məhbusların başının üzərində duran şerif floridalı kişiyə öz yardımını təklif edir.

Uşağın anasının çəkdiyi  videoda  məhbus geyimində olan bir qrup insanın avtomobilin qapısını açdığı görünür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678