Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Altı əsrlik tarixi abidə məhv olmaq üzrədir – FOTO

148 Baxış

XV əsrdə tikilən “Minəcik” adı ilə tanınan karvansaray baxımsız vəziyyətdədir.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan vətəndaşlar məlumat verib.

Qaradağ rayonu ərazisində yerləşən və baxımsız qalan tarixi abidə yaxınlıqda yerləşən daş karxanalarının tullantıları və ağır tonajlı yük maşınlarının intensiv hərəkəti üzündən tamamən məhv olmaq üzrədir. 

Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qaradağ rayonu ərazisində yerləşən “Minəcik” adı ilə tanınan karvansaray Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib:

“Həmin tarixi abidə Dövlət Xidmətinin nəzarətindədir. Karvansarayların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678