Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli məşhur ifaçı: “Bu yaxınlarda Şuşaya gedəcəyəm” – FOTO/VİDEO

147 Baxış

Türkiyəli məşhur müğənni Sinan Akçil Şuşaya yollanacaq.

“Haber Global”ın verdiyi məlumata görə, bu barədə tanınmış ifaçının özü danışıb.

O, Azərbaycanın İstanbul şəhərindəki konsulu ilə artıq görüşdüyünü bildirib.

“Azərbaycana çox dəyər verirəm, çox sevirəm. Qonaqpərvər, mehriban insanları var. Çox yaxın zamanlarda Şuşaya gedəcəyəm. Orada Səidə (Quliyeva – red.) ilə birlikdə “Sən daima yaşa Azərbaycan” mahnısını ifa edəcəyəm”, – deyə o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678