Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını diddia edən erməni əsirlə bağlı AÇIQLAMA

166 Baxış

Xarici İşlər Nazirliyi Azərbaycanda işgəncələrə məruz qaldığını iddia edən 85 yaşlı Evgeniya Babayanla bağlı məsələyə aydınlıq gətirib.

Oxu.Az-ın müxbirinin məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib ki, həmin qadın sonradan fiziki zorakılığa məruz qalıb:

“O, sağlamlıq vəziyyətinin yaxşı olmamasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib”.

“Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik”, – deyə XİN rəsmisi qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678