Azərbaycan rəsmiləri Qazaxıstandadır
- 25-12-2024, 15:15
- Ölkə
Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov hazırda Aktaudadırlar
Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.