12 il əvvəl eyni gündə Aktauda başqa bir təyyarə qəzası da olub
- 25-12-2024, 12:49
- Ölkə
Aktau yaxınlığında baş vermiş təyyarə qəzası Qazaxıstanda son 15 ildə sayca dördüncüdür. Onların hamısı dekabr və yanvar aylarında baş verib (biri isə düz 12 il əvvəl eyni gündə baş verib).
2012-ci il dekabrın 25-də Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin An-72 təyyarəsi Çimkənd yaxınlığında qəzaya uğrayıb, göyərtəsində olan 27 nəfərin hamısı həlak olub.
Bir ay sonra, 2013-cü il yanvarın 29-da Kokşetaudan uçan SCAT aviaşirkətinin təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğradı. 21 nəfər həyatını itirib.
2019-cu il dekabrın 27-də isə Astanaya uçan Bek Air Fokker 100 təyyarəsi Almatıda qəzaya uğrayıb, Bu qəzada 13 nəfər həlak olub.