Türkiyə Cumhuriyyətinin beş naziri bu məqsədlə Suriyaya səfər edəcəklər
Türkiyə Cumhuriyyətinin beş naziri Dəməşqdə yaxın vaxtlarda təyin olunacaq həmkarları ilə danışıqlar aparmaq üçün Suriyaya səfər etmək niyyətindədir. Bu barədə "Hürriyet" qəzeti xəbər verir.
Nəşr qeyd edir ki, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, nəqliyyat naziri Abdulkadir Uraloğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, milli müdafiə naziri Yaşar Gülər və mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Suriyaya səfər edəcək.