Suriya İrana qarşı 300 milyard dollarlıq təzminat üçün memorandum hazırlayır

 
 
 
Suriya administrasiyası Tehranın “Suriya xalqı və infrastrukturuna qarşı cinayətkar və özbaşına hərəkətləri və siyasətləri” nəticəsində dəymiş ziyana görə İrandan Suriya xalqına və dövlətinə 300 milyard dollar təzminat ödəməsini tələb edən memorandum hazırlamağı planlaşdırır . Bu barədə Livanın “Əl-Modon” qəzeti Suriyanın yeni siyasi administrasiyasına yaxın mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, Suriyanın yeni hakimiyyət orqanları ilə İran arasında əlaqə tamamilə kəsilib və “yeni administrasiyanın yaxın gələcəkdə nə Dəməşqdə səfirliyin, nə də İranın Hələbdə konsulluğunun açılması ilə bağlı İranla əlaqə qurmaq planları yoxdur.”
Eyni zamanda, Suriya Xarici İşlər Nazirliyinin yeni rəhbəri əl-Şibani özünün X hesabında yazıb ki, “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir”. O, İslam Respublikasına Suriyada “xaos yaymaqdan” çəkinmək barədə xəbərdarlıq edib.
DİGƏR XƏBƏRLƏR
Analitika