Qəzaya uğramış təyyarənin pilotuna Rusiya tərəfindən başqa limanlar təklif olunub

"Qroznıya enməyə cəhd etdikdən sonra Azərbaycan təyyarəsinin komandirinə başqa hava limanları təklif olunub, lakin o, Aktauya getmək qərarına gəlib", Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Yadrov bildirib. O qeyd edib ki, təyyarə qəzası baş verən saatlarda Qroznı yaxınlığında fövqaladə vəziyyət  olub.  Ukrayna pilotsuz təyyarələrinin hücumları səbəbindən “Xalça” planı  tətbiq edilib.

Daha əvvəl isə Ukrayna prezidentinin aparat rəhbəri Yermak bildirmişdi ki, Azərbaycan təyyarəsinin vurulmasına görə Rusiya Federasiyası cavab verməlidir.
 
Qeyd: “Xalça” planı bütün təyyarələr üçün qapalı səma rejimi deməkdir. Bu anda havada olan bütün təyyarələr və helikopterlər dərhal yerə enməli və ya müəyyən ərazini tərk etməlidir. Bir qayda olaraq, plan aerodromun idarəetmə məntəqəsindən təxminən 200 km radiusda həyata keçirilir.


DİGƏR XƏBƏRLƏR
Analitika