“Embraer 190” sıradan çıxmış idarəetmə sistemləri ilə 50 dəqiqədən çox uça bilib

Aktau hava limanındakı mənbə bildirib ki, AZAL-ın təyyarəsində fövqəladə vəziyyət barədə məlumatı Rostov-na-Donu şəhərinin dispetçerindən alıblar. Səhər saat 8:35-də (Moskva vaxtı ilə) pilotlar təyyarənin quşlarla toqquşması barədə məlumat veriblər, bundan sonra Embraer-in göyərtəsindəki qaz balonu partlayıb və təyyarə birbaşa Aktau hava limanına eniş istəyib .
 
 
Pilotlar təyyarəni yalnız mühərrikin gücü ilə idarə edirdilər . Təyyarə sahilə yaxınlaşanda ekipaj bir neçə dönüş həyata keçirib - mənbələrə görə,Təyyarə hava limanında eniş üçün eniş konfiqurasiyası yarada bilməyib və pilotlar təyyarəni havadan müəyyən etdikləri əraziyə  endirmək qərarına gəlib.
 
 
Pilotlar eniş üçün havada bir neçə dönmə həyata keçirmək istədilər. 
Saat 9:29-da təyyarə təyyarə faciəvi eniş edib.
DİGƏR XƏBƏRLƏR
Analitika