Qazaxıstana uçmağa kim qərar verib?
Rusiyalı politoloq Maksim Şevçenko
Bəli, bu təyyarə ilə hər şey həmişəki kimidir (yalan və hiylə).
Elə suallar var ki, onlara aydın cavab vermək lazımdır. “Bağışlayın, müharibə zamanı dəhşətli səhvlər olur” üslubunda açıq etiraf və bəyanatlar əvəzinə təbliğat xarakterli söz oyunları aparılır və nəticədə kifayət qədər dost Azərbaycanla birdən-birə münaqişə yaranır.
Bunun kimə xeyiri var?
Yəqin ki,, Rusiyada belə bir lobbi var.
Tutaq ki, təyyarə Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən atəşə tutulub.
Bu təəccüblü deyil, çünki müasir hava hücumundan müdafiə sistemi optik nişangah vasitəsilə deyil, radar ekranındakı işarə ilə atəş açır və Rusiya hər gün Ukrayna ilə onlarla hücum pilotsuz təyyarə "mübadiləsi" aparır.
Əslində isə bu iki ölkə arasında genişmiqyaslı müharibə gedir.
Təbii ki, böyük bir hava hədəfinin Qroznıya yaxınlaşdığını görən operator “atəş” əmrini verib.
Bu, hər bir ağlı başında olan hava hücumundan müdafiə zabitinin vəzifəsidir. Hərbçilərin qərarı düzgündür.
Günah təyyarəni inadla döyüş bölgəsinə istiqamətləndirən şəxslərdədir.
Ukrayna pilotsuz təyyarələrinin Qroznıya qəfildən başlamayan hücumu zamanı qonşu Bakıdan (orada uçuş təxminən bir saat çəkir) uçan təyyarənin əvvəlcədən yaxınlıqdakı digər aerodroma yönəldilmədiyini nə ilə izah etmək olar? Qroznıya ən yaxın aerodromlar Dağıstanda Mahaçqala, İnquşetiyada Maqas, Osetiyada Beslandır. Niyə təyyarəni Mahaçqalaya endirmədikləri də aydın deyil! Pilotlarla dərc olunmuş danışıqlara əsasən, bu, ən sadə və təbii həll yolu idi. Təyyarə Qroznıya enə bilməyib. Çünki, orada əslində hava döyüşü gedirdi. Mahaçqalada isə rahat eniş edə bilərdi.
Mahaçqalaya və Dağıstanın ən böyük hava limanının sahiblərinə hər hansı sualı olan varmı?
Qazaxıstana uçmağa kim qərar verib?