İran İsraillə bağlı Təhlükəsizlik Şurasına məktub göndərib
- 25-12-2024, 10:26
- Siyasət
IRNA xəbər verir ki, İsrailin HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməsindən sonra İran BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani məktubda bildirib ki, “İsrailin bu dəhşətli cinayətə görə məsuliyyətini açıq şəkildə etiraf etməsi, müdafiə cavabının qanuniliyini və bölgənin təhlükəsizliyinə təhdid olması barədə Tehranın mövqeyini təsdiqləyir”. İran səfiri məktubunda qeyd edib ki, “bu etirafla ilk dəfədir ki, İsrail dəhşətli cinayətə görə məsuliyyəti açıq şəkildə qəbul edib”.