Rusiya təsdiqlədi: Azərbaycan bu istiqamətdən gələn təyyarələri qəbul etmir.
- 28-12-2024, 13:39
- Ölkə
Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edildiyini təsdiqləyib. Bu barədə “İnterfaks” agentliyi şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.
“Azimut" şirkəti Azərbaycan Respublikası rəhbərliyi və aviasiya orqanlarının uçuş icazəsinin ləğvi etməsi ilə əlaqədar hazırda
Mineralnıye Vodıdan Bakı və Gəncəyə, eləcə də Soçidən Bakıya uçuşların dayandırıldığını bildirir.