Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəzanı araşdırmağa hazırdır
- 28-12-2024, 12:09
- Ölkə
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) "Azərbaycan Hava Yolları"na məxsus Embraer E-190 təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaq üçün öz ekspertlərini göndərməyə hazırdır.
Bəyanatda ICAO Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya 13 saylı Əlavəni (Çikaqo Konvensiyası) xatırladıb, həmçinin Üzv Dövlətləri hərtərəfli və müstəqil araşdırmanın aparılmasında tam əməkdaşlıq etməyə çağırıb.