Körfəz ölkələri Suriyaya 8 milyard dollardan çox humanitar yardım edib
Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ) Suriyaya 8 milyard dollardan çox məbləğdə humanitar yardım edib. Bunu təşkilatın baş katibi əl-Budeyvi Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin Bəhreyndə keçirilən fövqəladə iclasında deyib.
İclasın sonunda qəbul edilmiş birgə bəyanatda deyilir: “Biz hərtərəfli və inklüziv keçid prosesinə nail olmağa yönəlmiş səyləri dəstəklədiyimizi bildiririk”. İştirakçılar “İsrailin Suriya ərazisinə davam edən hücumlarını, o cümlədən bufer zonanın işğalını” pisləyib, həmçinin Əsəd rejimi dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinə çağırıblar.