Suriyanın yeni hökuməti İrana xəbərdarlıq etdi
Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən əş-Şeybani bu gün “X” hesabında paylaşım edərək İrana ölkəsində xaos yaratmaqdan və yaymaqdan çəkinməsi ilə bağlı xəbərdarlıq edib. “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz Tehrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə də məsuliyyət daşısın” - deyə, XİN rəhbəri qeyd edib. Bildirilib ki, bu, Bəşar Əsəd rejiminin süqutundan sonra Suriyanın yeni hökumətinin İrana və Tehranın Suriyadakı proseslərə yanaşmasına ən açıq-aydın və konkret xəbərdarlıqdır.