İranın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edəcəkmi?

 

Hökumət sözçüsü: “ İranın Suriyadakı səfirliyinin yenidən fəaliyyətini bərpa etməsi yeni hökumətin fəaliyyətindən asılıdır” 
 
IRNA xəbər verir ki, bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani bir daha İslam Respublikasının səfirliyinin Suriyada fəaliyyətini yenidən bərpa etməsi məsələsi ilə bağlı verilən suallara cavab olaraq deyib: 
 
“İran bu məsələdə Suriyanın yeni hökumət rəsmilərinin davranışı və fəaliyyətinə əsasən qərar verəcək. Suriyada hazırkı vəziyyət bəlli deyil”. 
 
Qeyd edək ki, dünən hökumət sözçüsü İran və Suriyanın səfirliklərinin fəaliyyətlərinin bərpası üçün ikitərəfli danışıqlar aparmasını açıqladıqdan sonra Suriya mediası bunu təkzib edib. 


DİGƏR XƏBƏRLƏR
Analitika