Lavrov: Rusiya Ukrayna ilə bağlı milli maraqlardan çıxış edəcək
- 25-12-2024, 14:26
- Dünya
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişinə müsahibəsində deyib ki, Moskvanın Ukraynada asan həll yolu ilə bağlı heç bir illüziyası yoxdur.
Həmçinin o Putinin Ukraynada nizamlanma prinsiplərini də şərh edib
“Ukrayna böhranının asan həlli perspektivləri ilə bağlı heç bir illüziyamız olmayıb və yoxdur, çünki bütün qərəzsiz müşahidəçilər bunun yalnız Avropada etibarlı təhlükəsizlik və sabitliyə dair razılaşmalar kontekstində həll oluna biləcəyini çoxdan başa düşürlər. Bu zaman Rusiya Federasiyasının maraqlarını və təbii ki, bütün digər ölkələrin qanuni maraqlarını yaxşı nəzərə almaq olardı”, - Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri diqqəti “hamı bəzi dəyişiklikləri yeni ABŞ administrasiyasının, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın administrasiyasının gəlişi ilə əlaqələndirir, bununla bağlı çoxlu fərziyyələr var”. “Artıq dediyim kimi, Vaşinqtonda Kiyev rejimini dəstəkləmək üçün kifayət qədər güclü konsensus yoxdur.
"Biz xüsusi müşaviri cənab Kellogg-u Ukrayna üzrə elçi təyin edən Trampın bu müharibənin mümkün qədər tez dayandırılmasında maraqlı olduğunu eşidirik", - Lavrov vurğulayıb