Misir 2024-cü ildə Süveyş kanalından əldə etdiyi gəlirin 60%-dən çoxunu itirib
- 26-12-2024, 22:51
- Dünya / İqtisadiyyat
"Misir 2024-cü ildə Süveyş kanalından əldə etdiyi gəlirin 60%-dən çoxunu itirib ki, bu da təxminən 7 milyard dollar deməkdir" deyə kanalın administrasiyasının rəhbəri Usamə Rabia bildirib.
Misir liderinin sözçüsü Məhəmməd əl-Şinavinin sözlərinə görə, o, prezident Rabia əs-Sisiyə bildirib ki, 2023-cü illə müqayisədə “Qırmızı dənizdə cari hadisələr” fonunda Süveyş kanalının istismarından əldə olunan gəlir 2024-cü ildə 60%-dən çox azalıb. Bu xüsusilə Bab əl-Məndeb boğazı bölgəsində daha çox nəzərə çarpır". Rabianın sözlərinə görə, Qırmızı dənizdəki böhran "kanalda daşımaların həcminə və bütün dünya ticarətinin davamlılığına mənfi təsir göstərib".
Noyabrın 25-də Misirin xarici işlər naziri Bədr Əbdül Ati Romada keçirilən Aralıq dənizi Dialoqları (MED) beynəlxalq konfransında çıxış edərək ölkəsinin “Qırmızı dənizdəki vəziyyətin pisləşməsindən ən çox zərər çəkdiyini” elan edib. "Münaqişə başlayandan bəri ümumi itkilər ən azı 8 milyard dollar təşkil edir".
Misirin 2022-2023-cü maliyyə ilində Süveyş kanalının istismarından əldə etdiyi gəlirlər 10 milyard dolları keçib. Lakin 2023-cü ilin payızından Misir Yəmənin üsyançı Ənsar Allah hərəkatının (husilər) hücumundan ehtiyat edərək, bir çox gəmi marşrutlarını dəyişmək məcburiyyətində qalıb. Bu da Misirin kanaldan istifadə qazancını azaldır. Hüsulər 2023-cü ilin oktyabrında Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra İsrail ərazisinə hücum edəcəyini vəd edib və Fələstin anklavında əməliyyatların dayandırılmayacağl təqdirdə gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildirib. 2023-cü ilin noyabr ayının ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.