Azal təyyarə qəzası nəticəsində halak olanların ailələrinə və zərərçəkmiş şəxslərə sığorta ödənişləri edəcək

 

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının 25 dekabr 2024-cü il tarixli qərarına əsasən, J2-8243 Bakı-Qroznı reysi ilə uçan Embraer 190 təyyarəsinin Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması nəticəsində xəsarət almış hər bir şəxsə 20 min manat məbləğində kompensasiya ödəniləcək. Həlak olanların hər birinin ailəsinə 40 min manat məbləğində kompensasiya veriləcək.
 
Bütün sərnişinlər həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq sığorta ödənişləri alacaqlar.
DİGƏR XƏBƏRLƏR
Analitika