Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran əməli ilə yalançı İslam ölkəsi olduğunu ifşa edib, əsl terrorçu mahiyyətini ortaya qoyur – Deputat

51 Baxış

“Azərbaycanın İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yaratdığı yeni reallıq və bu reallığın bölgənin gələcək sülh, təhlükəsizlik şəraitində inkişafına və sıx regional əməkdaşlığına xidmət etməsi başda İran olmaqla, bir çox güclərin və ölkələrin yuxusuna haram qatıb. Əsl mahiyyətini İslam pərdəsi altında gizlədən və yuxusu ərşə çəkilən İran nəinki Azərbaycanın postmüharibə dövrünün və yeni reallığın şərtlərinə əsaslanaraq bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində regional əməkdaşlığın yaranması məqsədi ilə yürütdüyü siyasətə, o cümlədən sürətlə və heç bir beynəlxalq maliyyə institutlarından maliyyə dəstəyi almadan genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməsinə hər vəchlə mane olmaqdadır. Ona görə də Tehran rejimi bölgədə gərginliyin davam etməsi məqsədi ilə Ermənistanın 44 günlük müharibənin nəticəsi olaraq 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktından sonra davamlı olaraq regionun təhlükəsizliyinə ciddi təhdid yaradan təxribatçı fəaliyyətlə məşğuldur”.

Turanmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Tehran rejimi davamlı olaraq Azərbaycana “əzələ nümayiş” etdirmək məqsədi ilə sərhəddə hərbi təlimlər keçir, sərhəd boyunca qoşun və silah toplayır: “Biz bunu bu gün də müşahidə etməkdəyik. Bununla da İran əməli fəaliyyəti ilə özünün bəyan etdiyi yalançı İslam həmrəyliyini ifşa edib, əsl terrorçu mahiyyətini ortaya qoyur. Hansı ki, bir çoxları beynəlxalq aləmdə Tehranın beynəlxalq terrorun dəstəkçisi olduğunu bəyan edəndə, inanmırdılar və bunu İslama və “islam ölkəsi” olan İrana qarşı qərəzli mövqe kimi dəyərləndirməyə çalışırdılar. Lakin son iki ildə İranın Azərbaycana və Azərbaycan dövlətçiliyinə qarşı islami dəyərlərdən uzaq qərəzli, təhdid siyasəti onun bir terror dövlət səviyyəsində həyata keçirən ölkə olduğunu sübut etmiş oldu”.

O əlavə edib ki, bunu sübut etmək üçün heç yetərincə dəlillər var: “Azərbaycanın müstəqilliyi tarixində İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Buna misal kimi, akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətli, Tehrandakı səfirliyə hücumu, bir neçə gün öncə millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd, 2018-ci ildəki ölkədə iğtişaşlar yaratmaq məqsədi ilə Gəncədə baş verən hadisələrdə İrana bağlı insanların iştirakı, Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatların olması və sair bunun bariz nümunəsidir.

Ümumiyyətlə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub və bu siyasət davam etməkdədir. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Əksinə daha çox olub. Məhz İran və digər ölkələrin Ermənistana havadarlığı nəticəsində Azərbaycan qarşı işğalçılıq və soyqırım siyasətini həyata keçirib. Əgər İran kimi ölkələr Ermənistana havadarlıq etməsəydilər Azərbaycanın torpaqları və oradakı İslam dininə məxsus ibadət ocaqları 30 ilə yaxın müddətdə torpaqlar işğal altında qalmazdı. Bu və digər faktlar bir daha göstərir ki, İrandakı fars-molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir. Ona görə də Azərbaycanın inkişafını gözü götürmür və hər vasitə ilə buna mane olmağa çalışır. Amma fars-molla rejimin Azərbaycana qarşı bur təhdidedici fəaliyyəti heç bir nəticə verməyəcək və bundan uduzan tərəf elə özü olacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç bir ölkə Azərbaycanla ultimatum dilində danışıb, ona diktə edə bilməz. Əgər Azərbaycan 90-cı illərdə müstəqilliyinin ilk illərində zəif olduğu bir zamanda xarici güclərə qarşı dirəniş göstərdisə, bundan sonra heç mümkün deyil. Heç bir qüvvə Azərbaycanın müstəqil siyasət yürütməsinin, onun inkişafının qarşısını ala bilməyəcək. Bu gün Azərbaycan xalqı xarici düşmənlərə qarşı mübarizədə bir yumruq kimi cənab Prezidentin ətrafında birləşib. Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olacaq və düşmənlərin ölkəmizəyönəlik təxribatçı siyasətini iflasa uğradacaq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678