Paşinyan: “Türkiyənin hava məkanını bağlaması Ankaranın deyil, İrəvanın problemidir”

10 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara abidə ucaldılmasına görə, Türkiyənin Ermənistan üçün hava məkanını bağlamasına münasibət bildirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Paşinyan abidələrin ölkələr arasında münasibətlərə təsir etdiyini deyib.

“Türkiyənin hava məkanını bağlaması Ankaranın deyil, İrəvanın problemidir. “Nemezis” əməliyyatına həsr olunan abidənin ucaldılması ideyası 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlində müzakirə edilib. Hakimiyyət maneələr yaratsaydı, xəyanətdə ittiham olunacaqdı”, – Baş nazir bildirib.