Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Separatçı qarşıdurması: Araik qaçmağa hazırlaşır

46 Baxış

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşən rus sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasında fəaliyyətlərini davam etdirməyə çalışan erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə çatıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, erməni mənbələri Samvel Babayanın “dövlət naziri” təyin edilməsi üçün təzyiqlərini artırması fonunda Rusiyadan göndərilən və hələ də Xankəndidə olan Ruben Vardanyanın da fəallaşmasından bəhs edib. Beləliklə, Vardanyan da Babayanla mübarizəyə başlayıb.

“Hraparak” yazır ki, nə separatçıbaşı Araik Arutyunyanın “hökumət komandası”nda, nə də qondarma “parlament”də birlik var. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması və Brüssel danışıqlarında Azərbaycanın Qarabağdakı erməniləri müzakirədən imtina etməsi, bunun daxili işi olduğunu bildirməsi separatçıların ümidlərini büsbütün öldürüb.

Daxili qarşıdurmada ən çox təzyiq altında qalan isə separatçıbaşı Araikdir. Onun “istefasını” tələb edənlərin sayı günbəgün artır. “Siyasi məsləhətləşmə” adı ilə baş tutan görüşlər də daha çox qalmaqallarla yadda qalır və tərəflər arasında uçurum dərinləşir.

İddiaya görə, Araik vəziyyətdən çıxış kimi “etimad səsverməsi” keçirməyə qərar verib. Bildirilir ki, Araik özünə güvənin olub-olmadığını “referendumla” müəyyənləşdirməyə çalışacaq.

Ekspertlər isə bunu Arutyunyanın qaçmaq istəyi kimi qiymətləndirir. Belə ki, “etimad edilməyəcəyi” təqdirdə Araikin Xankəndidən çıxıb gedəcəyi gözlənilir. Bildirilir ki, onsuz da uzun müddətdir Araik xaricə qaçmağa hazırlaşır. Belə ki, illərdir topladığı saysız-hesabsız var-dövlətinin bir hissəsinin cəmləşdiyi ABŞ-da, dəbdəbəli villasında həyatını yaşamağa davam etmək istəyi haqda yaxın çevrəsinə bildirib.

Sadəcə bunu “qaçmaq” yox, “etimad edilmədiyi üçün siyasətdən getməsi” kimi təqdim etməyə çalışır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678