Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Leyla Abdullayeva Paris Məhkəməsinin qərarı barədə: “Ədalət bərqərar oldu”

39 Baxış

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ötən il səfirliyə hücum edən şəxs barədə Paris Məhkəməsinin qərarına münasibət bildirib.

Turanmedia.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında yazıb.

“Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək”, – deyə Leyla Abdullayeva qeyd edib.

Xatırladaq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olub və nəticədə səfirliyin binasına zərər yetirilib.

Paris Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678