Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Saakaşvilinin azad edilməsi mümkünsüzdür”

40 Baxış

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilini cəzadan azad etmək və ya ona möhlət vermək indiki halda mümkünsüzdür.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin birinci kanalına müsahibəsində bildirib.

Breqadze deyib ki, buna alternativ yol hələ ki yoxdur.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında eks-prezident gizli şəkildə Gürcüstana gəlsə də, saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.

Ukrayna və avropalı siyasətçilər dəfələrlə Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırıblar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678