Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin” – TƏKLİF

369 Baxış

“Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, xüsusi olaraq bir nüsxədə “Xilaskar” ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə  təltif olunsun.

Deputat Məlahət İbrahimqızı həmkarının fikirlərini dəstəkləyib.

O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən “Ordu Marşalı” adı verilsin.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678