Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan siyasi manevr edir – Azərbaycan HƏRƏKƏTƏ KEÇMƏLİDİR

38 Baxış

“Ermənistan Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması üçün BMT-ə rəsmi müraciət edib. Ermənistanın ortaya atdığı siyasi gündəliklə davam etdiyimiz müddətcə proseslər bizim əleyhimizə cərəyan edəcək. Bu vəziyyətdə Azərbaycan Qarabağda öz suverenliyini təmin etmək işində yeni maneələrlə qarşılaşır”.

Turanmedia.az Musavat.com-a istinadən xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.

O qeyd edib ki, Azərbaycan müharibədən sonra Xankəndinə, Xocalıya, Şuşa və Xocavəndin kəndlərinə daxil ola bilməyib:

“Qarabağdakı terrorçu qruplaşmalara qarşı tərksilah əməliyyatları ilə, bölgədə Arayik Arutunyan və Ruben Vardanyan başda olmaqla cinayətkarlara qarşı hüquq mühafizə orqanlarının xüsusi əməliyyatları olmadan Qarabağda suverenliyimizi təmin edə bilməyəcəyik. Heç bir qarabağlı mülki erməni və ya ictimai şəxs bunlar edilmədən bizimlə yaşamaq üçün əməkdaşlıq etməz, çünki günün günorta çağı şəhərin ortasında öldürüləcəyini bilir. Paşinyanın 10 minlik ordunu Qarabağdan çıxaracağı və Qarabağlı erməni cinayətkarların Azərbaycanla razılaşmaq üçün masaya oturacağı fikirləri isə illüziyadır. Bunu təbliğat və diplomatik masada siyasi manevr kimi istifadə etmək olar, ancaq bunun olacağına inanmaq sadəlövhlük olar. Nə qədər ki, geosiyasi, hərbi, hüquqi, iqtisadi və psixoloji şərtlər lehimizədir anti-terror əməliyyatları keçirməliyik. 44 günlük müharibədə etdiyimiz kimi qısa bir periodda geosiyasi balanslaşdırma ilə diplomatik və təbliğat maşınını isə salıb Qarabağda lazımi real hərbi və hüquqi tədbirləri görməliyik”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678