Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT TŞ-dən hansısa ciddi qərar gözləmirəm, olsa belə, kağız parçası olacaq – AÇIQLAMA

37 Baxış

Ermənistan yaranmış tarixi fürsətdən faydalanıb öz gələcək inkişafı naminə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq əvəzinə yenə də sülh danışıqlarını pozub gərginliyin davam emtəsinə çalışır.

Turanmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistanın son aylarda yürütdüyü siyasət birbaşa sülh danışıqlarını pozmağa xidmət edir. “Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən dəstəklənən sülh təkliflərini icra etmək əvəzinə buna qarşı çıxıb bölgədə gərginliyin davam etməsi istiqamətində təxribatçı fəaliyyətlərlə məşğuldur. Ermənistan sülh danışıqlarından geri çəkilməklə bağlı çəkinmədən açıq mesajlar da verməkdədirlər. Ermənistan rəsmilərinin son günlərdə verdiyi açıqlamalar birbaşa sülhdən geri çəkilməyə xidmət edir və bu cür də qiymətləndirilməlidir.
Digər tərəfdən isə Ermənistan sülhü pozmaq üçün konkret addımlar da atmaqdadır. Belə ki, ermənilər öz revanşist niyyətlərini həyata keçirmək üçün “humanitar böhran”, “blokada” adı altında həyata keçirdikləri “şou”larla Azərbaycanın daxili işinə müdaxilə etməyə çalışırlar. Çox təəssüf ki, Fransa yenə də Ermənistanı belə təxribatçı hərəkətlərə sövq etməkdə ciddi “can-fəşanlıq” nümayiş etdirir. Belə ki, Fransa Ermənistanın “humanitar böhran”, “blokada” kampaniyasına qoşulub aktiv iştirak etməklə, İrəvanda öz hərbi attaşeliyini açmaqla, Aİ müşahidə missiyasını qərəzli hesabatlar hazırlamasına yardımçı olmaqla bölgədə öz məkrli və çirkin planlarını həyata keçirməyə cəhd edir”, – deputat qeyd edib.

O əlavə edib ki, Fransa Ermənistana “humanitar böhran” adı altında başlatdığı kampaniyaya hər vasitə ilə dəstək verməsi Cənubi Qafqazda sülhə və sabitliyə ciddi təhdid yaradır: “Amma Fransa bilməlidir ki, niyyətinə nail ola bilməycək. Fransa Cənubi Qafqazda öz neoimperialist niyyətlərini həyata keçirə biləcək, nə də ki, havadarlıq etdiyi ermənilərə yardım edə biləcək. Çünki Azərbaycan sülhlə bağlı qətiyyətli mövqeyi ortadadır və kimsə bu mövqedən döndərə bilməz. O baxımdan Fransanın ermənilərə aktiv şəkildə dəstək verdiyi “humanitar böhran” kampaniyası iflasa uğrayacaq. Ümumiyyətlə belə bir problemin yaranması üçün heç bir əsas yoxdur. Ona görə ki. Bakı Qarabağda yaşayan erməni icmasının təchiz edilməsi ilə bağlı Ağdam-Xankəndi yolunu təklif edib və bu təklif Avropa Birliyi, BQXK, ABŞ və Rusiya tərəfindən də dəstəklənib. Bu yol Xankəndi- Goris yolundan daha qısa və gündə 17 mindən çox nəqliyyat vasitəsinin keçə biləcəyi daha qısa yolla regionu özünün qida məhsulları, dərman və digər tələbatlarını əldə edə bilərlər. Bu yol açıqdır. Sadəcə Xankəndidəki quldur dəstəsi orada yaşayan erməni icmasını öz çirkin məqsədləri üçün girov kimi saxladıqlarından Ağdam-Xankəndi yolundan istifadə etməyə imkan vermirlər.

Digər tərəfdən Bakı Qarabağ bölgəsində yaşayan ermənilərini Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması üçün səmimi və həqiqi dialoqa dəvət edib və etməkdədir. Azərbaycan erməni icmasının hüquqları, təhlükəsizliyi, eləcə də Qarabağda etnik azlıq kimi, din, dil və bələdiyyə hüquqları Azərbaycan Konstitusiyası ilə təmin olunacaq. Ona görə də ermənilərin və onun havadarlarının qərəzli kampaniyası iflasa uğrayacaq və yenə də Azərbaycan bu oyundan qələbə ilə çıxacaq”.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti və bunun əsasında Təhlükəsizlik Şurasının məsələyə baxmasına gəldikdə deputat deyib ki, orada Azərbaycana qarşı hər hansı ciddi sənədin qəbul olunmasını gözləməyə dəyməz. “Orada ən yaxşı halda tövsiyyə xarakterli bəyanat qəbul oluna bilər. Həmin bəyanatda da tərəfləri sülh üçün kompromis variantların tapılması əksini tapacaq. Sənəddə Qarabağ ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması istiqamətində dialoqun həyata keçirilməsi, Ağdam-Xankəndi yolundan istifadə edilməsi kimi məsələlər öz əksini tapacaq acaq. Başqa cür ola bilməz. Olarsa belə. Bu, bir kağız parçası olacaq. BMT son 30 ildə Ermənistanın işğlaçılıq siyasəti ilə bağlı qəbul etdiyi hansı qətnaməni icra edib ki, indi də Azərbaycandan hansısa məsələnin icrasını tələb edə…Orada hər zaman olduğu kimi yenə də Frasa “can-fəşanlıq” edəcək, amma ümid edirəm ki, nəticə olmayacaq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678