Paşinyan Şahramanyanı təbrik etməyəcəyini açıqlayıb
6 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyanın istefasından təəssüfləndiyini bildirib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
“Qarabağın yeni “seçilmiş” “prezidenti” Samvel Şahramanyana gəlincə, hesab edirəm ki, vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox böyük məsuliyyət düşür”, – Paşinyan niyə hələ də onu təbrik etməməsi ilə bağlı sualı belə cavablandırıb.