Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrailin İncildəki yerini göstərdi – “Tanrı deyir ki…”

27 Baxış

ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson İsrail Baş naziri Benyamin Netanyahuya Konqresin sonadək Təl-Əvivi dəstəkləməyə davam edəcəyinə dair təminat verdiyini açıqlayıb.

Turanmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, Nümayəndələr Palatasının sədri vəzifəsinə başlayan kimi ilk işinin İsraili dəstəkləyən qətnamə layihəsinə səs vermək olduğunu xatırladıb.

“Təsadüfi deyil ki, ilk qətnamə layihəsi və mənim ilk səfərim İsraillə bağlı oldu. İstərdim ki, hamı mənim yerimi bilsin. Biz dostumuz və müttəfiqimiz İsrailin yanında qaya kimi dayanacağıq”, – spiker bildirib.

Conson İsrailin ehtiyac duyduğu mənbələri təmin etmək üçün qanun layihəsi üzərində çalışdıqlarını qeyd edib:

“Birləşmiş Millətlər Təşkilatına mesajım var: atəşkəs yalnız HƏMAS-ın İsrailə təhdidini dayandırdığı zaman olacaq”.

Spiker ABŞ-ın Yaxın Şərqdəki ən böyük dostunun İsrail olduğunu söyləyib.

Baş nazir Netanyahu ilə telefon danışığı apardığını bildirən Conson sözlərini belə davam etdirib:

“Netanyahuya dedim ki, bizim İsrail və xalqına dəstəyimiz sarsılmazdır. Mən onu əmin etdim ki, mənim rəhbərliyimlə Konqresimiz sona qədər İsrailin yanında olacaq. Bir xristian kimi mən bilirəm ki, İncil İsraillə bağlı hansı mövqedə dayanmalı olduğumuzu açıq şəkildə deyir. Mən bilirəm ki, Tanrı İsrailə xeyir-dua verən xalqlara xeyir-dua verəcək”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678