Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kiyev İrəvanı bu alyansa qoşub, savaşa “dəvət edir”

27 Baxış

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Mixail Podolyakın Ermənistanı tərifləməsi, onun düngün yolda olduğunu bildirməsinin adınca, İrəvanın “Baltik-Qara dəniz Müdafiə Alyansına” qəbulu haqda söylədikləri maraq doğurub.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu alyansın mövcudluğu haqda geniş təsəvvür yoxdur.

“Hraparak” nəşri yazıb ki, bu alyans 2014-cü ildə – Krımın Rusiya tərəfindən ilhaqından sonra yaradılıb. Məqsəd Rusiyanın imperiya siyasətinə qarşı mübarizə aparmaq, Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərini azad etməkdir.

9 ildir fəaliyyəti görünməyən qurumu fəallaşdırmaq üçün Vladimir Zelenski bu ilin avqustunda Baltik və Qara dənizlərə çıxışı olan ölkələr arasında təhlükəsizlik alyansı rəsmiləşdirməyi təklif edib.

“Bu isə o deməkdir ki, Zelenski Paşinyanı Rusiyaya qarşı müharibəyə cəlb etməyə çalışır”, – məqalədə bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678