Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvan şantaja başladı: Sülh sazişi bu halda imzalanacaq

25 Baxış

Ermənistan Azərbaycanla sülh müqaviləsini o zaman imzalayacaq ki, bunun Ermənistanın maraqlarına, regional sülh və sabitliyə uyğunluğuna əmin olacaq. Ərazi bütövlüyünün tanınması prinsipi çox mühümdür və Azərbaycanın bu prinsipə sadiqliyini bir daha təsdiqləməsini təkid edirik.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, “Mülki müqavilə” fraksiyasından deputat Sərkis Xandanyan jurnalistlərə açıqlamasında deyib.

“Əgər Azərbaycan danışıqlar zamanı dağıdıcılığını davam etdirərsə, Ermənistan beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağıracaq”, – o əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678