Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vəzifəsinə xitam verilən gömrükçülərə birdəfəlik müavinət ödəniləcək

154 Baxış

Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə qanunvericilikdə nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının altı misli məbləğində birdəfəlik müavinət ödəniləcək.

Bu barədə Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişiklik haqqında qanunu imzalayıb.

Sənədə əsasən, həmin birdəfəlik müavinətdən vergi tutulmayacaq.

Bu, Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan halları əhatə edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678