Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağdakı sülməramlılara İrandan ismarıc: “Sizi əyləndirmək biz, fars qardaşların boynuna”

117 Baxış

Kubra Məhərrəmova yazır…

Bu gün artıq heç kimə sirr deyil ki, Azərbaycan Cənubi Qafqazda yeni tarix yazır. Və bu gün Azərbaycan-Türkiyə gücü regionda yeni reallıq yaradır. Bunu kimsə qəbul edə bilər, kimsə yox. Amma fakt faktlığında qalır. 

Təbii ki, güc balansının dəyişməsi bir çoxlarına sərf etmir. Stabil vəziyyəti təxribata sürükləməklə nəzarətdən çıxarmağa çalışanlar var.

Edənləri də, etdiklərini də çox yaxşı görürük.

Bu gün “dost ölkə”nin daha bir “dostluq” jestinə şahid olduq. Və burada istər-istəməz düşünürsən ki, “nəyə görə?”

Jest isə ondan ibarətdir ki, cənub qonşularımız Ermənistan vasitəsilə Qarabağa “yardım” göndərir. Yük maşınları İran Ermənistan sərhədindən keçib Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə gəlib. Həmin yük avtomobillərində qanunsuz olaraq benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları və tikinti malları daşınır. Bir sözlə hər bir təminat göstərilir.

Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır. 

Belə başa düşürəm ki, Rusiya sülhməramlıları ilə İranın sazişi var. İran söz verib ki, sizi əyləndirmək biz, fars qardaşların boynuna. Narkotikdi, ot-ələfdi, nə lazımdır göndərəcəyik. Amma siz də ermənilər üçün göndərdiyimiz pay-puşu maneəsiz onlara çatdırmağa yardım edin. 

Deməli bir tərəfdən biz İranın Azərbaycan ərazisinə “yardım” göndərdiyini görürük, o biri tərəfdən də Rusiya sülhməramlıların buna göz yummasını. Və yaxşı ki, bunu aydın şəkildə görürük.

Bütün bu baş verənlərdən sonra düşünürəm ki, ermənilər farslardan daha qeyrətlidir, heç olmasa açıq deyir ki, mən sənin düşməninəm. Əlimə imkan düşən kimi səni öldürəcəyəm, evini yandıracağam, qanını da içəcəyəm. Amma İran deyir ki, “Azərbaycan bizə dost, qardaş ölkədir”, amma arxadan “Biz Azərbaycanın məhv olması üçün hər şey edəcəyik” mesajını verir. 

Bəlkə də İran bunu yuxusunda görüb, amma bu yuxu heç vaxt çin olmayacaq. Azərbaycan dünyəvi, inkişaf etmiş, demokratik ölkədir. Azərbaycan dünyaya inteqrasiya etmiş ölkədir. Azərbaycan milli ruhu olan, mübariz və güclü ölkədir. 

İranın bu addımı növbəti dəfə onun Azərbaycana qarşı qoyduğu mövqeyi sübut edir. Siyasəti müəyyənləşdirir. Yenə də, rus demişkən, “kakoy otvet, takoy i privet”. Özü də bu hamıya aiddir. İstər İrana, istər Rusiyaya, istər bir başqasına.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678