Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Könüllülər arasında ulu öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib – FOTO

114 Baxış

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Respublika birinciliyi keçirilib.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin irsinin gənclər tərəfindən daha yaxşı öyrənilməsi, ümummilli liderin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının dərindən mənimsənilməsi işinə töhfə vermək, eləcə də könüllülərin intellektual fəaliyyətə cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən onlayn turnirdə ölkənin 40 fərqli regionunu təmsil edən 41 komanda iştirak edib.   

Sona qədər bərabər və gərgin mübarizə şəraitində keçən yarışın qalibi Naxçıvan Muxtar Respublikasını təmsil edən komanda olub. Qax və Masallı rayonlarının könüllülərindən ibarət komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının fəaliyyəti çərçivəsində könüllülərin böyük maraq göstərdikləri və fəal iştirak etdikləri intellektual oyunların, eləcə də müxtəlif idman yarışlarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678