Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanlı politoloq: “Tbilisinin Bakı ilə daha dərin münasibətləri var, nəinki İrəvanla”

117 Baxış

Gürcüstan xarici siyasətdə daha aktiv olub: son həftələrdə Gürcüstan hökumətinin nümayəndələri Azərbaycan, Ermənistan və Ukraynaya səfərlər etdilər. Ancaq söhbət Cənubi Qafqazdan gedirsə, onda bir hiss yaranır ki, Qarabağda Vətən müharibəsi bitdikdən sonra Gürcüstan bir növ itirilmiş görünür.

Gürcüstanlı politoloq və Qafqaz üzrə ekspert Arçil Sixarulidze Caliber.Az-a müsahibəsində deyib ki, Gürcüstan sadəcə itmiş kimi görünmür, o, ümumilikdə Cənubi Qafqazı tərk edib:

– Gürcüstan siyasi elitası özünü çoxdan və çox sıx şəkildə Qərblə əlaqələndirib. Qərbin və liberal demokratiyanın olduğu yer hardadırsa, Gürcüstan ordadır. Əgər yoxdursa, deməli orada Gürcüstan da yoxdur. Və bu elitalar (gürcü dili – red.) Cənubi Qafqaza Rusiyanın hökmranlığı zonası kimi baxdığından, Tbilisi Gürcüstanı Cənubi Qafqazın bir hissəsi deyil, Qara dənizin və ya Qara dəniz bölgəsinin bir hissəsi olduğunu göstərməyə çalışır. Bu anlayış bizdə daha üstündür.

Ona görə də, təkrar edirəm, Gürcüstan sadəcə Cənubi Qafqazda itməyib, o həm də özünü bu bölgənin bir hissəsi kimi tanınmasından imtina edir.

– Gürcüstan rəsmilərinin son vaxtlar Azərbaycan və Ermənistana səfərlərinin səbəbləri nə ilə əlaqədardır?

– Mənim dəqiq bir cavabım yoxdur. Erməni xalqının Gürcüstan üçün qardaş olduğu elan edilir, lakin Gümrüdəki Rusiya bazası bağlanmalıdır. Azərbaycan Gürcüstanın asılı olduğu enerji mənbələrinə malikdir. Bu, məsələ ilə bağlı əsas bilgilərdir. Tbilisinin heç bir aktiv mövqeyi yoxdur. Əsas odur ki, Azərbaycandan neft və qaz ölkəyə daxil olsun, Gümrüdəki Rusiya hərbi bazası, əvvəl dediyim kimi bağlansın və Gürcüstan NATO-ya qəbul edilsin.

Bu arada, geopolitik reallıq dəyişdi, Bakı bölgədəki “kartları qarışdırdı” və hərbi qüdrətindən istifadə edərək güc nisbətini dəyişdirdi. Gürcüstanın siyasi elitaları bunu başa düşürlər, amma hər şeyi əvvəlki qaydada saxlamaq istəyirlər, mən Gürcüstanın Azərbaycan və Ermənistanla münasibətlərini nəzərdə tuturam.

– Cənubi Qafqazdan Qara dəniz bölgəsinə bu tendensiya Gürcüstan və Azərbaycanın regional layihələrinə necə təsir edəcək?

– Tbilisinin Bakı ilə daha dərin əlaqələri var, nəinki İrəvanla. Azərbaycan Gürcüstanın enerji mənbələrinə olan tələbatını tam ödəyir, ölkə neft və qaz tranziti üçün mərkəz olaraq qalır. Qərb də buna maraq göstərir və dolayısı ilə Gürcüstan da. Ancaq Rusiya və Türkiyənin artan təsiri Gürcüstanın liberal elitaları tərəfindən birmənalı qarşılanmayacaq.

– Yeri gəlmişkən, Tbilisinin gələcəkdə Zəngəzur dəhlizinin Naxçıvana və Türkiyəyə açılmasına reaksiyası barədə nə deyə bilərsiniz?

– Gürcüstan Qərb üçün faydalı olan Qara dənizdəki dərin Anakliya limanının layihəsinə yönəlib. Qalan hər şey ikinci dərəcəlidır. Hətta “altılıq qrupu”nun layihəsi (Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran, Ermənistan) Gürcüstan elitasının bir hissəsi tərəfindən pis qarşılandı. Nəticədə Tbilisi Rusiyanın olacağı istənilən əməkdaşlıq formatında iştirak etməyəcəyini açıqladı. Ancaq bu məntiqdən çıxış etsək, Gürcüstan BMT, ATƏT və Rusiya Federasiyasının iştirak etdiyi digər təşkilatlardan çıxmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678